İran ABŞ ilə danışıqlar üçün şərtlərini açıqladı
İran yalnız Vaşinqtonun yanaşmasını dəyişəcəyi təqdirdə ABŞ ilə danışıqlara hazır olacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, İran hər kəsə uyğun güzəştli həll yolunda maraqlıdır.
Tehran sanksiyaların aradan qaldırılması müqabilində nüvə proqramını mümkün qədər şəffaf etməyə hazırdır və bu halda hər kəs bundan faydalanacaq.
Türkan İsgəndərli