İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər

İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər
02.06.2026 17:51 Dünya

İran parlamenti rəyasət heyətinin nümayəndəsi Abbas Qudarzi Tehranın Hörmüz boğazını “milliləşdirmək” niyyətində olduğunu bəyan edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə İranın ISNA agentliyinə açıqlamasında danışıb.

“Neft milliləşdiriləndə tarix həmin qərarın əhəmiyyətini qiymətləndirdi. Bu gün isə biz Hörmüz boğazını milliləşdirmək istəyirik”, – deyə Qudarzi bildirib.

Onun bəyanatı 1951-ci ildə Baş nazir Məhəmməd Müsəddiqin təşəbbüsü ilə İranın neft sənayesinin milliləşdirilməsinə istinad kimi qiymətləndirilir. Həmin dövrdə ölkənin neft-qaz sektoru dövlət nəzarətinə keçmişdi.

Qeyd edək ki, iyunun 1-də İran İsrailin Livandakı hərbi əməliyyatlarını əsas gətirərək ABŞ ilə danışıqları dayandırdığını açıqlayıb.

Mediada yayılan məlumatlara görə, Tehran İsrail Livandakı əməliyyatlarını dayandırmayana və qoşunlarını ölkə ərazisindən çıxarmayana qədər Vaşinqtonla danışıqları bərpa etməyəcək..

Qiymət Mahir

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər