İlon Mask Trampa maliyyə dəstəyindən imtina etdi
ABŞ-li milyarder İlon Mask Donald Trampla bağlı respublikaçılara ayırmaq istədiyi 100 milyon dollarlıq maliyyə dəstəyindən imtina edib və indi Demokrat Partiyasını dəstəkləməyi nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə “NBC” telekanalı sahibkara yaxın mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Mask əvvəllər Trampa bağlı təşkilatlara böyük ianə ayırmağı planlaşdırsa da, bu vəsait köçürülməyib və onun müşaviri bildirib ki, artıq bu heç vaxt baş verməyəcək.
“İlon Respublikaçılara marağını itirib. Lazım olsa, onları "parçalamağa" belə hazırdır”, – deyə müşavir bildirib.
Qiymət Mahir