İllərdir davam edən mübahisə BİTDİ: Çili və Argentina razılaşdı

İllərdir davam edən mübahisə BİTDİ: Çili və Argentina razılaşdı
04.09.2026 20:10 Dünya

Çili və Argentina arasında Magellan boğazı ətrafında yaranmış son sərhəd mübahisəsi həllini tapıb.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

Məsələ Santyaqoda keçirilən Madrid Forumunun beşinci regional toplantısından sonra iki ölkə arasında razılaşdırılıb.

Argentina Prezidenti Xavyer Miley və Çili Prezidenti Xose Antonio Kast arasında keçirilən görüşdən sonra Buenos-Ayres Çilinin Magellan boğazı üzərində suverenliyini təsdiqləyib.

Bunun müqabilində Çili Argentinanın Folklend adaları ilə bağlı ərazi iddialarını dəstəklədiyini açıqlayıb.

Beləliklə, tərəflər uzun müddətdir həssas məsələ olaraq qalan ərazi mübahisəsi ilə bağlı qarşılıqlı mövqelərini dəqiqləşdiriblər.

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər