II Dünya müharibəsindən bəri görünməmiş hazırlıq: Finlandiya hərəkətə keçdi
Finlandiyada II Dünya müharibəsinin başa çatmasından bəri Avropada ən böyük mülki müdafiə təlimlərindən biri keçirilir. Təlimlərə yerli hakimiyyət nümayəndələri, könüllülər və tələbələr də daxil olmaqla 2 mindən çox insan qatılıb.
TodayPress TV xəbər verir ki, təlimlərin ssenarisinə Kuopio şəhərində kiberhücumlar nəticəsində elektrik və su təchizatının pozulması, eləcə də Rusiyadan mümkün raket zərbəsi təhlükəsi daxildir.
İştirakçılar genişmiqyaslı böhran və mümkün hərbi hücum zamanı görüləcək tədbirləri məşq edirlər. Xüsusi diqqət əhalinin elektrik enerjisinin kəsilməsi və su təchizatında problemlər yarandığı halda ən azı 72 saat ərzində özünü təmin etməyə hazır olmasına yönəldilib.
Təlimlər Finlandiyada kiberhücumlar və kritik infrastruktur üçün digər təhlükələrlə bağlı narahatlığın artdığı bir vaxtda keçirilir.
Kübra Musayeva