Husilər İsrailin hücumu ilə bağlı açıqlama verdi

Husilər İsrailin hücumu ilə bağlı açıqlama verdi
17.09.2025 12:23 Dünya

Husilər İsrailin son zərbələrinə cavab olaraq Tel-Əviv və Ramon Beynəlxalq Hava Limanına qarşı yeni hücumlar həyata keçirəcəklərini bəyan edib. 

TodayPress TV xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Sariya məlumat verib.

Məlumata görə, 16 sentyabr həyata keçirilən iki hücumdan biri "Fələstin-2" adlı hipersonik ballistik raket vasitəsilə Təl-Əvivdə yerləşən "həssas hədəfə", digəri isə Umm əl-Rəşraş bölgəsindəki Ramon hava limanına yönəldilib.

Bundan əvvəl, İsrail Müdafiə Qüvvələri (IDF) Yəmənin Hodeydə limanına hava zərbələri endirib. Bu zərbələr, Yəməndən atılan dron və raket hücumlarına cavab olaraq həyata keçirilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər