Hindistanda güclü yağışlar nəticəsində 17 nəfər öldü

Hindistanda güclü yağışlar nəticəsində 17 nəfər öldü
17.09.2025 12:46 Dünya

Hindistanda davam edən güclü musson yağışları və torpaq sürüşmələri nəticəsində 17 nəfər ölüb, 20-dən çox insan itkin düşüb. 

TodayPress TV xəbər verir ki, bu barədə "The New Indian Express" məlumat yayıb.

Qasırğa nəticəsində bölgədə nəqliyyat infrastrukturu ciddi ziyan görüb. Yaşayış binaları və otellər dağılıb, Rispana və Bindal çaylarında yerləşən bir neçə körpü güclü sel suları ilə yuyulub. Təbii fəlakət nəticəsində yardım işlərinə də əngəllər yaranıb.

Hazırda bölgədə hava şəraiti qeyri-sabit olaraq qalır və yeni torpaq sürüşmələri riski mövcuddur. Axtarış-xilasetmə işləri davam edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər