Hindistan və Vyetnam arasında raket razılaşması - müdafiə naziri açıqladı
Dehli və Hanoi Vyetnama "BrahMos" qanadlı raketlərinin tədarükü barədə razılığa gəliblər.
TodayPress TV xəbər verir ki, bu barədə Hindistanın müdafiə naziri Rajesh Kumar Sinqh Sinqapurda keçirilən Şanqri-La Beynəlxalq Təhlükəsizlik Forumu zamanı danışıb.
"Vyetnama gəldikdə isə, bildiyim qədəri ilə, müqavilələr imzalanıb, lakin rəsmi olaraq elan edilməyib. Amma onlar artıq imzalanıb", - deyə o bildirib.
Sinqh Hindistanın bu raketlərin tədarükü ilə bağlı İndoneziya ilə razılığa gəldiyini də təsdiqləyib.
Aysel Mətləb