Hindistan Rusiyadan neft alışını azalda bilər

Hindistan Rusiyadan neft alışını azalda bilər
26.08.2025 12:15 Dünya

Hindistan ABŞ-dən gələn rüsumlar səbəbindən Rusiya neftinin alışını azaltmağı planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Bildirilib ki, Hindistanın neft emalı zavodları oktyabrda Rusiya neftinin alışını gündəlik 1,8-dən 1,4-1,6 milyon barelə endirməyi planlaşdırır. Bu da rüsumların tətbiqi fonunda ABŞ-yə güzəşt kimi qiymətləndirilir. 

Agentliyin məlumatına görə, Hindistan ABŞ ilə ticarət sazişi bağlayacağı təqdirdə alışların həcmi dəyişə bilər. 

Qeyd edək ki, avqustun 6-da ABŞ Prezidenti Donald Tramp Hindistan mallarına Rusiya neftinin alınmasına görə onlara 25% əlavə rüsumların tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Amerika lideri daha sonra onları ikiqat 50%-ə çatdırmaqla hədələyib. 

Aysel Mətləb

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər