Hərbi zavodda partlayış baş verdi

Hərbi zavodda partlayış baş verdi
30.05.2025 14:03 Dünya

Serbiyanın Valyevo şəhərində yerləşən Kruşik hərbi zavodunun ərazisində partlayış baş verib. 

TodayPress TV xəbər verir ki, bu barədə "N1" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə mayın 30-da səhər saat 07:40-da (Bakı vaxtı ilə 09:40) qeydə alınıb.

Nəticədə bir işçi kəsik xəsarətləri alıb, dörd işçidə tinnitus (qulaqda zəng səsləri) simptomları müşahidə olunub. Xəsarət alanlar tibbi yardım üçün xəstəxanaya yerləşdirilib. 

Partlayışın səbəbi araşdırılır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər