HƏMAS ABŞ-nin BMT-də atəşkəsə veto qoymasını tənqid etdi
Fələstinin HƏMAS hərəkatı ABŞ-nin Qəzza zolağında dərhal atəşkəsə çağıran BMT Təhlükəsizlik Şurası qətnamə layihəsinə veto qoymasını kəskin tənqid edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.
HƏMAS-ın siyasi bürosunun üzvü və sözçüsü Basem Naim bildirib ki, ABŞ-nin bu qərarı “utancverici və qınaq obyektidir” və Vaşinqtonun beynəlxalq səviyyədə təbliğ etdiyi ideallara ziddir.
O vurğulayıb ki, ABŞ administrasiyalarının İsrailin xeyrinə dəfələrlə veto hüququndan istifadə etməsi, Vaşinqtonun bu məsələdə ardıcıl qərəzli siyasət yürütdüyünü göstərir.
Türkan İsgəndərli