Həbib Nurməhəmmədovun məşhur papaqları hərraca çıxarılır
UFC-nin keçmiş çempionu Həbibin papaqları noyabrın 22-də Telegram platformasında satışa çıxarılıb.
TodayPress TV xəbər verir ki, bunu Telegram-ın yaradıcısı Pavel Durov bildirib.
Onun sözlərinə görə, bu papaqlar ənənə, azadlıq və hörməti simvollaşdırır.
Xatırladaq ki, Həbib 2018-ci ildə UFC 229-da Konor Makqreqoru məğlub etmiş, 2020-ci ildə isə son döyüşünü Justin Qetji ilə keçirərək karyerasını başa vurmuşdu.
Qeyd edək ki, bir müddət əvvəl Durov UFC turnirinə suya tullanma kostyumunda qatılması ilə diqqət çəkmişdi.
Jalə Rövşən