Havay adalarında fövqəladə vəziyyət elan edildi

Havay adalarında fövqəladə vəziyyət elan edildi
06.09.2025 17:45 Dünya

Havay adalarında "Kiko" qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət tətbiq edilib.

TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru vəzifəsinin müvəqqəti icraçısı Silviya Lyuk elan edib.

Proqnozlara əsasən, adalardan təxminən 1200 mil cənub-şərqdə yerləşən güclü qasırğa artıq gələn həftənin əvvəlində tropik fırtına şəklində arxipelaqa çata bilər. Sentyabrın 8-dən etibarən güclü yağışlar, fırtınalı küləklər və yüksək dalğalar gözlənilir.

Fövqəladə vəziyyət rejimi sentyabrın 19-dək qüvvədə olacaq.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər