Hakan Fidan Vaşinqton görüşündən danışdı
Dünya
11.11.2025 11:05
Vaşinqton səfəri zamanı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla Ukrayna, İran, Fələstin və Suriya məsələləri geniş müzakirə olunub.
TodayPress TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Fidan görüşdə əsasən Fələstinlə bağlı hələ də həllini tapmayan məsələlərdən danışdıqlarını qeyd edib. Onun sözlərinə görə, Uitkoff eyni zamanda Rusiya-Ukrayna məsələsinə də nəzarət etdiyi üçün bu mövzuda da dərin fikir mübadiləsi aparılıb.
Nazir müharibənin bitməsi üçün mümkün addımlar, Türkiyənin prosesdə oynaya biləcəyi rol və ABŞ ilə əməkdaşlıq imkanlarının müzakirə edildiyini bildirib. O, Prezident Rəcəb Tayyib Ərdoğanın bu mövzularla bağlı mövqeyini də görüşdə çatdırdıqlarını vurğulayıb.
Jalə Rövşən
tag: Hakan Fidan ,Vaşinqton ,Səfər,ABŞ,Todaypress.tv,
