Hakan Fidan: "HƏMAS atəşkəsin davam etməsi üçün konstruktiv addımlar atır"

Hakan Fidan: "HƏMAS atəşkəsin davam etməsi üçün konstruktiv addımlar atır"
12.11.2025 23:30 Dünya

"HƏMAS atəşkəsin davamlılığını təmin etmək məqsədilə konstruktiv addımlar atır"

TodayPress TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli həmkarı Bədr Abdulati ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

Türkiyəli nazir bildirib ki, eyni anlayış İsrail tərəfindən də nümayiş etdirilməlidir.

Hakan Fidan həmçinin humanitar yardımların Qəzzaya vaxtında çatması üçün İsrailə bir daha çağırış edib.

“Biz bir daha İsraili humanitar yardımların Qəzzaya girişinə yaradılan maneələri aradan qaldırmağa və bütün sərhəd keçidlərini açmağa çağırırıq”– XİN rəhbəri əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər