Gürcüstanda növbədənkənar seçkilər olmayacaq
"Gürcüstanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək"
TodayPress TV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
O qeyd edib ki, müxalifətin növbədənkənar seçkilərlə bağlı söylədikləri cəfəngiyyatdır.
"Növbəti parlament seçkiləri ölkə konstitusiyasına uyğun olaraq 2028-ci ilin oktyabrın 28-də keçiriləcək. Yayılan məlumatlar həqiqəti əks etdirmir. Müxalifət seçkilərlə bağlı spekulyasiya edir. Buna daha yüksək qiymət vermək olmaz",- məlumatfa qeyd olunub.
Gürcüstanda parlament seçkiləri dörd ildən bir keçirilir. Son seçkilər 2024-cü ilin oktyabrın 26-da olub.
Aynur TAC