Gürcüstanda azərbaycanlılar da daxil 31 əcnəbi deportasiya olundu

Gürcüstanda azərbaycanlılar da daxil  31 əcnəbi deportasiya olundu
11.11.2025 11:30 Dünya

Gürcüstanda son günlər aparılan yoxlamalar zamanı 31 əcnəbinin ölkədə qanunsuz yaşadığı müəyyən edilib.

TodayPress TV xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Hindistan, Türkiyə, Kuba, Misir, Çin, Pakistan, Rusiya, Konqo, Azərbaycan, Türkmənistan, Nigeriya, Tailand, Küveyt, İsrail və Qana vətəndaşlığı olan şəxslər ölkədən çıxarılıb və onların yenidən Gürcüstana daxil olmasına qadağa qoyulub.

Qeyd edilir ki, cari ildə Gürcüstandan minə yaxın əcnəbi deportasiya olunub; bu göstərici son üç ilin ümumi deportasiya sayını da geridə qoyur.

Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər