Gürcüstan Rusiyaya olan borcunu tamamilə ödədi
Gürcüstan Rusiyaya olan uzunmüddətli dövlət borcunu tam şəkildə bağlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, 2024-cü ilin avqust ayının sonuna olan məlumatda Gürcüstanın Rusiya qarşısında borcunu göstərən qraf boşdur. Bu isə o deməkdir ki, ödənilməli məbləğ qalmayıb.
Xatırladaq ki, əvvəlki aylarda bu borcun məbləği 3,997 milyon dollar təşkil edirdi.
Son dəyişiklik 2024-cü ilin fevralında qeydə alınıb. Həmin vaxt Gürcüstan borcunu 7,87 milyon dollardan 3,997 milyon dollara qədər azaltmışdı.
Türkan İsgəndərli