Gürcüstan “qapıları açıq saxlayır” – Ukraynalılar üçün vacib qərar verildi
Gürcüstan Ukraynadan gələn qaçqınlara maliyyə yardımının müddətini uzadıb.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.
Məlumata görə, Ukrayna vətəndaşlarına göstərilən maliyyə dəstəyi proqramının müddəti 2026-cı il oktyabrın 1-dək uzadılıb. Proqram həmçinin Ukraynada daimi yaşamaq hüququ olan və müharibə səbəbindən Gürcüstana köçən şəxsləri də əhatə edir.
Qərara əsasən, ailələr mənzil təminatı üçün əvvəlki qaydada aylıq 300 lari (təxminən 100 avro) yardım almaqda davam edəcəklər. Bundan əlavə, hər bir benefisiara aylıq 45 lari (təxminən 15 avro) məbləğində maliyyə dəstəyi veriləcək.