Gürcüstan Prezidenti Ərdoğana başsağlığı verdi
Gürcüstan Prezidenti Mixail Kavelaşvili təyyarə qəzası ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
TodayPress TV xəbər verir ki, bu barədə Mixail Kavelaşvili "X" hesabında paylaşım edib.
O, dəhşətli faciənin Gürcüstana böyük kədər gətirdiyini bildirib: "Bu ağrılı və çətin anlarda Türkiyə xalqı ilə sarsılmaz həmrəyliyimizi ifadə edirik".