Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO

Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO
03.06.2026 08:08 Dünya

SEPAH ABŞ hədəflərinə və Amerika ilə əlaqəli gəmiyə raket və PUA zərbələri endirdiyini açıqladı

TodayPress TV xəbər verir ki, İranın dövlətə bağlı "Press TV" kanalının yaydığı məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin son hücumlarına cavab olaraq Yaxın Şərqdə bir sıra hədəflərə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Bildirilir ki, İran hərbçiləri ABŞ-la əlaqəli olduğu iddia edilən “Panaya” ticarət gəmisini gəmi əleyhinə raketlə vurub, eyni zamanda ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Operativ Donanmasının komanda mərkəzinə və Yaxın Şərq ölkələrindən birində yerləşən Amerika hərbi bazasına hücum həyata keçiriblər.

SEPAH bu addımın ABŞ-ın Kəşm adasına və İranla əlaqələndirilən tankerlərdən birinə qarşı hücumlarına cavab olaraq atıldığını bildirib.

İran tərəfi yaydığı bəyanatda qeyd edib:

“Daha əvvəl xəbərdarlıq etmişdik ki, hər hansı təcavüz halında cavabımız fərqli və daha sərt olacaq. Bu dəfə də məhz belə hərəkət etdik. Bu zərbələr hər kəs üçün dərs olmalıdır.”

Qeyd edək ki, məlumat hələlik İran mənbələri tərəfindən yayılıb və hücumların nəticələri ilə bağlı müstəqil təsdiq mövcud deyil.

TodayPress TV


XƏBƏR LENTİ
04 IYUN 2026
"Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 Bütün Xəbərlər