FSB: Ukrayna MiQ-31-i qaçırmağa cəhd etdi
Dünya
11.11.2025 09:16
Rusiya FSB-si iddia edir ki, Ukrayna hərbi kəşfiyyatı və Britaniyadan dəstək alan agentlər MiQ-31 qırıcısını "qaçırmaq" cəhdini planlaşdırıblar.
TaodayPress TV xəbər verir ki, FSB-nin mətbuat xidmətinin məlumatına görə, əməliyyat Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən britaniyalı kuratorların iştirakı ilə təşkil olunub.
Məlumatda deyilir ki, agentlər rusiyalı pilotları verbovka etməyə və təyyarəni qaçırmaq üçün 3 milyon dollar təklif etməyə çalışıblar.
FSB qeyd edir ki, məqsəd "Kinjal" hipersəs raketi ilə təchiz edilmiş MiQ-31 qırıcısını Rumıniyanın Konstansa şəhərində yerləşən NATO aviabazasına yönəltmək olub; həmin baza hava hücumundan müdafiə sistemləri tərəfindən vurula biləcək məsafədə göstərilib. FSB iddiasına görə, planlaşdırılan təxribatın qarşısı operativ tədbirlərlə alınıb.
Jalə Rövşən
tag: MiQ-31,Ukrayna ,FSB,Rusiya,Todaypress.tv,
