Almaniyada təyyarə magistrala çırpıldı: Hərəkət dayandırıldı!

Almaniyada təyyarə magistrala çırpıldı: Hərəkət dayandırıldı!
06.11.2026 19:12 Dünya

Yüngül mühərrikli təyyarə Almaniyanın Maqdeburq şəhərinin (Saksoniya-Anhalt federal torpağı) şimal-şərqində yerləşən A2 avtomobil magistralında qəzaya uğrayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Bild" qəzeti yerli polisə istinadən məlumat yayıb.

Hazırda neçə nəfərin xəsarət aldığı hələlik məlum deyil.

Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, hadisə nəticəsində avtomobillərə ziyan dəyməyib. Təyyarənin hərəkət hissəsinə hansı səbəbdən və hansı şəraitdə düşdüyü araşdırılır.

Yayılan fotoşəkillərə əsasən, yanğınsöndürənlər Kreenberge dayanacağından təxminən 1 kilometr məsafədə təyyarənin qalıqlarını söndürürlər. Qəza nəticəsində təyyarənin böyük hissəsi tamamilə dağılıb. Avtomagistralda nəqliyyatın hərəkəti dayandırılıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər