Yəməndə bazar bombalandı, çox sayda ölən və yaralanan var

Yəməndə bazar bombalandı, çox sayda ölən və yaralanan var
06.11.2026 18:48 Dünya

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husiləri ölkənin cənub-qərbində yerləşən Təiz əyalətindəki bazara Səudiyyə Ərəbistanının endirdiyi zərbə nəticəsində 30-dan çox insanın öldüyünü və yaralandığını bildiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə üsyançıların hökumətində Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Ənis əl-Əsbahi məlumat verib.

Bildirilib ki, Səudiyyəyə məxsus F-15 təyyarəsi Xamis-Muşayt bazasından havaya qalxaraq Təiz əyalətinin Əl-Vəziyə rayonundakı Əl-Hədara bazarına üç zərbə endirib. Nəticədə onlarla dinc sakin həlak olub və yaralanıb.

Əl-Əsbahi dəqiqləşdirib ki, hücum nəticəsində 30-dan çox insan zərər çəkib.

Öz növbəsində, Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı mənbələrə istinadən bazara zərbəni husilərin özlərinin ballistik raketdən istifadə etməklə endirdiyini bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər