ABŞ və Rusiya ilə üçtərəfli görüşə Budanov rəhbərlik edəcək
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov ABŞ və Rusiya ilə Əbu-Dabidə keçiriləcək üçtərəfli görüşdə Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Budanov "CBS News"a müsahibəsində danışıb.
O bildirib ki, gələn həftə keçiriləcək sülh danışıqlarında Əbu-Dabidə Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək. Budanov, fevral ayında ilkin müzakirələr zamanı da bu vəzifəni yerinə yetirib.
Nəşr qeyd edir ki, Budanov ciddi irəliləyiş gözləmir. Bununla belə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin eyni otaqda üz-üzə görüşmək barədə razılığa gəlməsinin özü müəyyən irəliləyiş əlamətidir.
“Bir daha təkrar edirəm ki, bu danışıqlar sonuncu deyil, yekun xarakter daşımır. Müzakirə edəcəyimiz hər şey davam edən müharibənin dayandırılmasına hazırlığın əldə olunması ilə bağlı olacaq. Nəyə nail olacağıq? Bu suala cavab verməkdən çəkinəcəyəm”, – deyə Budanov dəqiqləşdirib.
Aysel Mətləb