ABŞ-yə məxsus PUA vuruldu - SEPAH elan etdi

ABŞ-yə məxsus PUA vuruldu - SEPAH elan etdi
06.11.2026 18:28 Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus növbəti MQ-1 pilotsuz uçuş aparatının Kişm adası üzərində ələ keçirilərək məhv edildiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aparat ölkənin vahid hava hücumundan müdafiə şəbəkəsinin idarəetməsi altında fəaliyyət göstərən yeni müasir hava hücumundan müdafiə sistemi vasitəsilə vurulub.

Məlumata əsasən, məhv edilən aparat ABŞ ordusuna məxsus MQ-1 ailəsindən olan kəşfiyyat-zərbə PUA-sıdır. Bu, İran tərəfinin qeyd etdiyinə görə, məhv edilən 16-cı Amerika pilotsuz uçuş aparatıdır.

SEPAH bəyanatında ABŞ-nin kəşfiyyat missiyalarının uğursuzluğa düçar olduğunu iddia edib. Qurumun məlumatına görə, onun qüvvələri qarşı tərəfin aviasiyasının fəaliyyətini və pilotsuz uçuş aparatlarının uçuş marşrutlarını daim izləyir.

Aysel Mətləb

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər