Fransada "BFMTV"nin yayımı dayandırıldı

Fransada "BFMTV"nin yayımı dayandırıldı
16.11.2025 02:44 Dünya

Fransanın 24 saat fəaliyyət göstərən xəbər telekanalı "BFMTV"nin yayımı, studiyasının yerləşdiyi binaya partlayış təhlükəsi barədə verilən məlumat səbəbindən pozulub.

TodayPress TV xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti yazıb.

Məlumata əsasən, aparıcılar studiyanı tərk etməli olublar. Yerli vaxtla saat 15:19-da telekanal binasında əməkdaşların təxliyəsi elan edilib. Polis əməkdaşları Parisin XV dairəsində yerləşən binaya gəlib. Yoxlama bir internet istifadəçisinin telekanalın studiyasının yerləşdiyi binanın saat 15:15-də partlayacağını yazmasından sonra başlayıb.

Hazırda "BFMTV" efirində köhnə sənədli filmlər yayımlanır. Telekanal "X" sosial şəbəkəsində açıqlama yayaraq yayım cədvəlindəki dəyişiklikləri təhdidlə izah edib:

"Binamızda təhdid səbəbindən təxliyə elan olunub. Polis yoxlama aparmaq üçün əraziyə gəlib. Verilişlərimizin yayımı dayandırılıb. Komandalarımız yayımı mümkün qədər tez bərpa etməyə çalışır", – açıqlamada bildirilir.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər