Fransa Ukraynaya “Rafale” qırıcıları və SAMP/T hava müdafiə sistemləri ayıracaq

Fransa Ukraynaya “Rafale” qırıcıları və SAMP/T hava müdafiə sistemləri ayıracaq
17.11.2025 14:28 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Fransaya səfəri çərçivəsində Prezident Emmanuel Makronla ölkəsinin müdafiə qabiliyyətini gücləndirməyə yönəlmiş strateji razılaşma imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb.

Səfər zamanı imzalanan sənədlər Fransanın Ukraynaya hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və raket tədarükünü əhatə edir.

Məlumata görə, razılaşma çərçivəsində Ukraynaya “Rafale” döyüş təyyarələri və ballistik raketləri məhv etmək qabiliyyətinə malik SAMP/T hava hücumundan müdafiə sistemi veriləcək.

Jalə Rövşən

TodayPress TV



XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər