Ərdoğan: "Krım tatarlarına dəstəyimiz davam edəcək"

Ərdoğan: "Krım tatarlarına dəstəyimiz davam edəcək"
19.11.2025 20:40 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Krım tatarlarına dəstəyi davam edəcək.

TodayPress TV xəbər verir ki, Ərdoğan bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ankarada keçirdiyi birgə brifinqdə danışıb.

Türkiyə Prezidenti qeyd edib ki, bu gün Volodimir Zelenski ilə görüşdə bir sıra ikitərəfli məsələləri müzakirə ediblər:

"Strateji tərəfdaşımız Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin tərəfdarı olduğumuzu bir daha bildirdik. Ukrayna ilə aramızda tarixi və mədəni bağ olan Krım tatarlarına dəstəyimizin də davam edəcəyini qeyd etmək istəyirəm".

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər