Ərdoğan: "Gürcüstan-Azərbaycan sərhədində baş vermiş təyyarə qəzasının səbəbləri araşdırılır"

Ərdoğan: "Gürcüstan-Azərbaycan sərhədində baş vermiş təyyarə qəzasının səbəbləri araşdırılır"
19.11.2025 15:02 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan-Azərbaycan sərhədində baş vermiş təyyarə qəzasının səbəblərinin araşdırıldığını bildirib.

TodayPress TV xəbər verir ki, Türkiyə Prezidenti qəzanın səbəblərini araşdıran mütəxəssislərin məlumatları ictimaiyyətlə bölüşəcəyini deyib.

Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.

Jalə Rövşən

TodayPress TV




XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər