Ərdoğan: "Bu qanunsuz müharibənin bədəlini bəşəriyyət ödəyir"

Dünya

28.03.2026 04:25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrailin İrana hücumları ilə başlayan savaşı mənasız və qanunsuz adlandırıb.

TodayPress TV xəbər verir ki, Türkiyə Prezidenti bunu Dünya İqtisadi Forumunun Türkiyə Ölkə Strategiyası Toplantısında çıxışı zamanı deyib.

"Bir aydır bölgəni dərindən sarsıdan bu mənasız, qanunsuz və gərəksiz müharibənin bədəlini münaqişə tərəfləri qədər bütün bəşəriyyət ödəyir", - deyə o bildirib.

Ərdoğanın sözlərinə görə, diplomatiya və dialoq yolu ilə ortaq məxrəcə gəlmək mümkün olan zamanda müharibənin davam etdirilməsi bütün bəşəriyyətin ziyanınadır: "Münaqişələr sona çatmasa, böyük bədəl ödəniləcək".

O, son illər qlobal iqtisadiyyatın pandemiya sonrası bərpa prosesi, yaşıl və rəqəmsal transformasiya, artan ticarət gərginlikləri və geosiyasi proseslərlə formalaşan bir gündəmin içinə sürükləndiyini də xatırladıb.

TodayPress TV

tag: Ərdoğan,Müharibə,Yaxın Şərq,İran,TodayPress TV,