Ərdoğan 47 illik terrorun bitdiyini açıqladı

Ərdoğan 47 illik terrorun bitdiyini açıqladı
12.07.2025 18:00 Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın silahı buraxmaq qərarını Türkiyədə 47 illik terror dövrünün sona çatması kimi qiymətləndirib.

TodayPress TV xəbər verir ki, lider 47 illik terror dövrünün başa çatdığını bildirib.

Prezident əlavə edib ki, bundan sonra ölkədəki problemli məsələlər zorla deyil, dialoq yolu ilə həll olunacaq.

Qeyd edək ki, PKK Türkiyədə terror təşkilatı hesab olunur və 1978-ci ildən kürdlərin milli hüquqları və muxtariyyəti uğrunda silahlı mübarizə aparırdı.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər