Əraqçi: "İran AEBA ilə əməkdaşlığa çalışır"

Əraqçi: "İran AEBA ilə əməkdaşlığa çalışır"
07.09.2025 14:25 Dünya

"İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıq üçün yeni çərçivə hazırlamağa çalışır".

TodayPress TV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib.

O qeyd edib ki, bu istiqamətdə AEBA ilə müzakirələr artıq başlayıb və tərəflər yeni əməkdaşlıq çərçivəsinin əldə olunmasına yaxınlaşırlar.

Xatırladaq ki, İran ABŞ və İsrailin nüvə obyektlərinə zərbələrindən sonra AEBA ilə əməkdaşlığı dayandırmışdı.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər