Dünyada İLK: Qocaların sayı uşaqların sayını ötdü

Dünyada İLK: Qocaların sayı uşaqların sayını ötdü
04.09.2026 01:30 Dünya

Dünyada 65 yaşdan yuxarı insanların sayı tarixdə ilk dəfə 6 yaşdan kiçik uşaqların sayından çox olub.

TodayPress TV xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Məlumata görə, əsas səbəblər doğum səviyyəsinin azalması və insanların orta ömür müddətinin uzanmasıdır. Hazırda dünya əhalisinin 71 faizi doğum səviyyəsinin əhalinin sadə təkrar istehsalı həddində və ya ondan aşağı olduğu ölkələrdə yaşayır.

Proqnozlara əsasən, 2060-cı ilədək dünyada 65 yaşdan yuxarı insanların sayı 2 milyarda çata bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər