Donald Tusk: "Sülh uzaqda deyil"
Dünya
30.12.2025 17:15
Polşanın Baş naziri Donald Tusk Ukrayna ilə bağlı Avropa liderləri arasında aparılan məsləhətləşmələrin yekununda bildirib ki, sülh uzaqda deyil.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Sky News” telekanalı məlumat yayıb.
"Sülh uzaqda deyil və baş verən hadisələr bu müharibənin kifayət qədər tez bitə biləcəyinə ümid etməyə əsas verir”, - deyə Tusk qeyd edib.
O, eyni zamanda bunun “yüz faiz əminlik deyil, sadəcə ümid” olduğunu vurğulayıb.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla danışıqların nəticələrinə dair açıqlama verərək 20 maddəlik sülh planında iki məsələnin hələ də razılaşdırılmadığını bildirib. Həmin məsələlər Zaporojye Atom Elektrik Stansiyası və ərazilərlə bağlıdır.
Zelenski qeyd edib ki, sülh planı 90 faiz hazırdır. Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri tam şəkildə formalaşdırılıb və hazırda bu zəmanətlərin müddəti müzakirə olunur.
Aysel Mətləb
tag: Ukrayna ,Polşa,Tusk ,Rusiya,Todaypress.tv,
