Donald Tramp İsrail Prezidentindən Netanyahuya tam əfv istədi
ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti İshaq Hersoqa müraciət edərək Baş nazir Benyamin Netanyahunun tam əfv olunmasını istəyib.
TodayPress TV "CNN"ə istinadən xəbər verir ki, Tramp məktubunda bildirib:
“Mən sizi müharibə dövrünün qətiyyətli lideri olmuş və indi İsraili sülhə aparan Benyamin Netanyahunu tam şəkildə əfv etməyə çağırıram. İsrail ədliyyə sisteminin müstəqilliyinə hörmətlə yanaşsam da, Bibiyə qarşı aparılan işin siyasi motivli və əsassız olduğuna inanıram.”
Xatırladaq ki, Benyamin Netanyahu Trampın birinci prezidentliyi dövründə başlanmış üç ayrı iş üzrə fırıldaqçılıq, rüşvətxorluq və etimadı pozma ittihamları ilə üzləşib.
Jalə Rövşən