"Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab

"Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab
18.08.2026 16:56 Dünya

Qətər XİN-i İran pilotlarının saxlanılması ilə bağlı Tehranın iddialarını təkzib edib.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ənsari Tehranın əmirliyin iranlı pilotları saxladığı barədə iddialarının həqiqətə uyğun olmadığını bildirib.

İran tərəfinin saxlanılan pilotlarla bağlı açıqlamalarını şərh edən diplomat bu iddiaların media qarşısında səsləndirilməsi üçün heç bir əsasının olmadığını və məntiqsiz olduğunu qeyd edib.

Əl-Ənsarinin sözlərinə görə, İranın hərbi təyyarələri Dohaya zərbə endirmək məqsədilə Qətərin hava məkanına daxil olub və pilotlar xəbərdarlıqlara məhəl qoymadıqdan sonra təyyarələr vurulub. Onun sözlərinə görə, martın 19-da pilotlardan birinin qalıqları aşkarlanıb və daha sonra İran nümayəndə heyətinə təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı isə aprelin 6-da başa çatıb.

Qətər həmçinin İranın texniki qrupunu axtarış-xilasetmə işlərinin təfərrüatları ilə tanış olmaq üçün ölkəyə dəvət edib. Lakin dəvət qüvvədə qalmasına baxmayaraq, Tehran buna cavab verməyib.

Avqustun 15-də İran Silahlı Qüvvələri Baş Qərargahının itkin düşmüş şəxslərin axtarışı üzrə komitəsinin rəhbəri Məhəmməd Bağerzadə üç iranlı pilotun mart ayında qırıcı təyyarələrinin qəzaya uğramasından sonra Qətər hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib. O, Beynəlxalq Qızıl Xaç Komitəsini pilotlara baş çəkməyə və onların azad edilməsinə kömək göstərməyə çağırıb.

Bundan əvvəl Qətər Xarici İşlər Nazirliyi ABŞ və İran arasında yeni atəşkəs sazişinin bağlanmasının mümkünlüyünü açıqlayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər