"Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi

"Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi
02.06.2026 21:50 Dünya

ABŞ lideri Donald Tramp Vaşinqton və Tehran arasında danışıqların fasiləsiz olaraq davam etdiyini, lakin onların nəticəsinin qeyri-müəyyən olduğunu bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Truth Social"da yazıb.

Tramp bildirib ki, medianın İran və ABŞ-nin bir neçə gün əvvəl danışıqları dayandırması barədə yaydığı xəbərlər tamamilə yalan və çaşdırıcıdır.

"Aramızdakı söhbətlər fasiləsiz olaraq, o cümlədən dörd gün əvvəl, üç gün əvvəl, iki gün əvvəl, dünən və bu gün də davam edir. Onların necə nəticələnəcəyi məlum deyil, lakin İrana dediyim kimi - bu və ya digər şəkildə, artıq sövdələşməyə getməyinizin vaxtıdır", - deyə o prezident qeyd edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər