Danimarkada kağız məktubların çatdırılması dayandırılır
Dünya
29.12.2025 19:15
Danimarkanın milli poçt xidməti "PostNord" 30 dekabr tarixindən etibarən kağız məktubların çatdırılmasını dayandıracaq. Bu xidmət ölkədə hələ 1624-cü ildən mövcud idi.
TodayPress TV xəbər verir ki, qərarın əsas səbəbi maliyyə itkiləridir.
"PostNord" ötən il 428 milyon kron (təxminən 57 milyon avro) zərər açıqlayıb. Şirkət bildirir ki, 2000-ci ildən bəri fiziki məktubların sayı 90 faizdən çox azalıb.
Məlumata görə, Danimarka dünyanın ən rəqəmsal ölkələrindən biridir və vətəndaşların əksəriyyəti artıq fiziki məktublardan istifadə etmir. Şirkət bundan sonra əsas diqqəti onlayn alış-veriş bağlamalarının çatdırılmasına yönəldəcək.
Qanunvericiliyə əsasən, vətəndaşların məktub göndərmək hüququ qalır. Buna görə də yanvar ayından etibarən bu xidməti özəl "Dao" şirkəti həyata keçirəcək.
Türkan İsgəndərli
tag: Məktub,Kağız,Danimarka,Postnord,Todaypress.tv,
