Danimarka: Aİ-nin hərbi xərcləri iqtisadiyyata risk yaradır
Danimarkanın İqtisadiyyat naziri Stefani Los bildirib ki, Avropa İttifaqının müdafiə xərclərini artırmaq planı maliyyə sabitliyini təhlükə altına sala bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "Euractiv" məlumat yayıb.
O deyib ki, büdcə kəsirlərinin artması və Aİ ölkələrinin saxlaya bilməyəcəyi dövlət borcu ciddi təhlükədir. Los həmçinin qeyd edib ki, Avropa artıq ABŞ-nin ticarət tarifləri və Çinlə rəqabət kimi təzyiqlərlə üzləşir.
Nazir əlavə edib ki, borcun artmasının qarşısını almaq üçün daha düşünülmüş və davamlı strategiya hazırlanmalıdır.
Türkan İsgəndərli