Dandıkin: "Fransanın “Rafale”ləri Ukraynaya göndərməsi ağılsız addım olar"
Dünya
17.11.2025 18:36
Rusiyalı hərbi ekspert, istefada olan birinci dərəcəli kapitan Vasili Dandıkin Fransanın Ukraynaya “Rafale” qırıcıları verməsi ehtimalını sərt şəkildə tənqid edib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, Dandıkin “Rafale”nin çox güclü, dördüncü–beşinci nəsil arasında qiymətləndirilən ciddi bir qırıcı olduğunu deyib:
“Əgər Fransa həqiqətən ‘Rafale’ləri Ukraynaya versə, bu, Makronun ən böyük səhvlərindən biri olacaq. Təyyarə vurula biləndir, amma hazırda Ukraynanın istifadə etdiyi F-16 və ‘Miraj’lardansa çox daha güclüdür”.
Ekspert “Rafale”ni “Fransanın fəxri” adlandıraraq bu addımın Parisin gözlənilməz qərarı olduğunu bildirib.
Xatırladaq ki, Fransa və Ukrayna arasında imzalanan yeni uzunmüddətli müdafiə sazişinə əsasən, Ukraynanın Fransadan 100 ədəd “Rafale” qırıcısı alması nəzərdə tutulur.
Jalə Rövşən
tag: Vasili Dandıkin, “Rafale” qırıcı,Fransa,Tənqid,Todaypress.tv,
