Çində yüksək vəzifəli diplomat saxlanıldı
Çin hüquq-mühafizə orqanları Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Liu Ciançaonu dindirilmək üçün saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, yüksək vəzifəli çinli diplomat iyulun sonunda xarici işgüzar səfərdən Pekinə qayıtdıqdan sonra saxlanılıb. Onun saxlanılma səbəbi açıqlanmayıb.
Nəşrin qeyd etdiyinə görə, Liu Ciançao Vaşinqton və Nyu-Yorka səfərləri zamanı isti qarşılanıb və diplomatiya sahəsindəki təcrübəsi və uzunmüddətli fəaliyyəti nəzərə alınaraq, Çin xarici işlər naziri postuna ciddi namizəd hesab olunurdu.
Töhfə Səməd