Çin və Hindistan Rusiya nefti almağı azaldır

Çin və Hindistan Rusiya nefti almağı azaldır
21.11.2025 10:17 Dünya

ABŞ-nin iki ən böyük neft şirkətinə qarşı sanksiyaları Çin və Hindistanın enerji sektorunda ciddi dəyişikliklərə səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

“Çin və Hindistan şirkətlərinin bir çoxu sanksiyalardan xəbərdardır və riskdən çəkinir, Qərblə münasibətlərin vacibliyini dərk edir və onları dəstəkləməyə çalışır”, - deyə nəşr ABŞ Maliyyə Nazirliyinin nümayəndəsindən sitat gətirib.

Qeyd edək ki, Hindistanın enerji nəhəngi "Reliance Industries" 20 noyabrdan etibarən Rusiya neftinin idxalını tam dayandırıb. Bu qərar ABŞ, Böyük Britaniya və Avropa İttifaqının (Aİ) “Rosneft” və “Lukoyl” başda olmaqla Rusiyanın aparıcı neft şirkətlərinə qarşı sərtləşdirilmiş sanksiyaları fonunda qəbul edilib.

"Reliance" şirkətinin “Rosneft” ilə gündə təxminən 500 min barel neft tədarükünü nəzərdə tutan uzunmüddətli müqaviləsi olsa da, korporasiya dəfələrlə bəyan edib ki, Rusiyaya qarşı tətbiq olunan bütün beynəlxalq sanksiyalara tam əməl edəcək.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər