Çin: Suriyanın təhlükəsizliyinə dəstək verməyə hazırıq

Çin: Suriyanın təhlükəsizliyinə dəstək verməyə  hazırıq
17.11.2025 13:19 Dünya

Çin, Suriyanın təhlükəsizliyi və sabitliyinə töhfə verməyə hazır olduğunu, həmçinin ölkənin iqtisadi bərpa prosesində iştirak etməyi nəzərdən keçirəcəyini bəyan edib.

TodayPress TV xəbər verir ki, “Al Arabiya”nın məlumatına görə, bu açıqlama Pekində Çin xarici işlər naziri Vanq Yinin suriyalı həmkarı Əsəd Həsən Əl-Şeybani ilə görüşündən sonra səsləndirilib.

Bildirilib ki, Çin Suriya xalqının siyasi seçimlərinə hörmətlə yanaşır.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər