Çin quru yük gəmilərini dron daşıyıcısına çevirir

Dünya

03.01.2026 18:15

Çin quru yük gəmilərini müasir hücum dronları üçün təyyarə daşıyıcılarına çevirir.

TodayPress TV "Lenta"ya istinadən xəbər verir ki, Çin quru yük gəmilərini pilotsuz uçuş aparatları (PUA) üçün təyyarə daşıyıcılarına çevirməyə başlayıb.

Məlumata görə, orta ölçülü yük gəmisi müasir hücum dronlarını daşıya bilən müvəqqəti hərbi gəmiyə çevrilib və göyərtəsinə elektromaqnit buraxılış sistemi (EMALS) quraşdırılıb. Şanxaydakı gəmi zavodundan çəkilmiş fotoşəkillərdə “qanadlı dronlar”a bənzəyən kiçik və böyük döyüş dronları da görünür.

Jalə Rövşən

TodayPress TV 

tag: Çin ,Gəmi ,Dron ,Yük ,Todaypress.tv,