Çin Filippin gəmilərini mübahisəli bölgədən uzaqlaşdırdı

Çin Filippin gəmilərini mübahisəli bölgədən uzaqlaşdırdı
11.08.2025 12:50 Dünya

Çin sahil mühafizəsi Filippin gəmilərinin Cənubi Çin dənizindəki mübahisəli "Scarborough Shoal" bölgəsindən çıxarıldığını bildirib.

TodayPress TV xəbər verir ki, rəsmi açıqlamada, xəbərdarlıqlara məhəl qoymayan Filippin gəmilərinin dayandırıldığı və ərazini tərk etməyə məcbur edildiyi qeyd olunub. 

Əməliyyat "peşəkar, qanuni və əsaslandırılmış" kimi qiymətləndirilib. "Scarborough Shoal" Filippin sahillərindən təxminən 160 kilometr aralıda yerləşən qayalıq adalar qrupudur. 

Bu əraziyə Çin, Filippin və Tayvan iddia edir və bölgədə mütəmadi gərginlik yaşanır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər