Çin ABŞ-dən Maduronu azad etməsini tələb etdi

Çin ABŞ-dən Maduronu azad etməsini tələb etdi
04.01.2026 12:15 Dünya

Çin Xarici İşlər Nazirliyi ABŞ-dən Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin dərhal azad edilməsini tələb edib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Nazirlik Venesuela liderinin və ailəsinin təhlükəsizliyinin təmin olunmasının vacibliyini də vurğulayıb. Çin XİN-in açıqlamasında bildirilir ki, ABŞ Venesuelada dövlət hakimiyyətini sarsıtmağa yönəlmiş addımlardan çəkinməlidir:

“Çin Amerika tərəfini Prezident Maduro və həyat yoldaşını dərhal azad etməyə, Venesuelada vəziyyəti gərginləşdirən hərəkətləri dayandırmağa və problemləri dialoq və danışıqlar yolu ilə həll etməyə çağırır”, – deyə açıqlamada qeyd olunub.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər