Cənubi Koreya Prezidenti Çinə səfər etdi
Koreya Respublikasının Prezidenti Li Cemyön Çin Xalq Respublikasına (ÇXR) dövlət səfərinə gəlib.
TodayPress TV xəbər verir ki, səfər ÇXR Sədri Si Cinpinin dəvəti ilə baş tutub.
Bu, Li Cemyönün prezident vəzifəsində Çinə ilk səfəridir.
Yanvarın 7-dək davam edəcək səfər zamanı Cənubi Koreya lideri paytaxt Pekin ilə yanaşı, Çinin maliyyə mərkəzi olan Şanxaya da baş çəkəcək.