“Cəmi 2 ay qaldı” - Çexiya Prezidentindən Rusiya ilə bağlı ÇAĞIRIŞ
Çexiya Prezidenti Petr Pavel Rusiya ilə danışıqların bərpa olunmasına çağırıb.
TodayPress TV xəbər verir ki, o Ukrayna və onun müttəfiqlərinin bunun üçün Rusiyada Dövlət Dumasına seçkilərə qədər təxminən iki ay vaxtı olduqlarını bildirib.
Petr Pavel qeyd edib ki, Rusiyaya danışıqlara başlamağa hazır olduğumuz barədə aydın siqnal göndərməliyik. Bununla yanaşı, o, Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələri dəstəklədiyini bildirib və Kiyevin uğurlu müdafiəsi üçün bütün zəruri vasitələrlə təmin edilməsinin vacibliyini vurğulayıb.
Kübra Musayeva