Britaniyanın səhiyyə naziri Starmeri devirmək planlarını təkzib edir

Britaniyanın səhiyyə naziri Starmeri devirmək planlarını təkzib edir
12.11.2025 15:18 Dünya

Böyük Britaniyanın səhiyyə naziri Ues Striting Baş nazir Kir Starmeri devirmək məqsədilə qurulan gizli planların mövcudluğu barədə məlumatları rədd edib.

TodayPress TV  xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Nazir iddiaları “tamamilə mənasız və uydurma xəbərlər” adlandırıb.

Bundan əvvəl "BBC" yazmışdı ki, Leyborist Partiyasında Kir Starmeri vəzifəsindən uzaqlaşdırmaq məqsədilə gizli “sui-qəsd planı” müzakirə olunur. Mənbələrin bildirdiyinə görə, plan iştirakçıları onun yerinə səhiyyə naziri Ues Stritingi və daxili işlər naziri Şabana Mahmudunu mümkün namizədlər kimi nəzərdən keçirir.

Aysel Mətləb

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər